“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün 3 günlük (9-10-11 sentyabr) “Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi” təşkil olunub.
Düşərgədə 7-si Bakı şəhəri üzrə olmaqla, ümumilikdə 30 nəfər müvafiq kateqoriyadan olan uşaq iştirak edib. Proqrama əsasən qonaqlar Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıb, daha sonra Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən büstü ziyarət olunaraq gül dəstələri qoyulub. Ardınca iştirakçılar Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşərək mərkəzdə yerləşdirilib və ərazi ilə tanış olublar.
Səbuhi HƏSƏNOV