“PAŞA Holding”in sosial tərəfdaşlığı ilə 12900-dən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən “PAŞA Holding” aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin edib. 

XQ xəbər verir ki, şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12900-dən çox ailənin yeni tədris ilində 1-ci sinfə gedəcək övladlarının məktəbli ləvazimatları ilə təminatını həyata keçirib.

“PAŞA Holding” tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.









Sosial həyat