ABŞ-ın kosmik proqramı çərçivəsində həyata keçirilən “Artemis II” missiyası uğurla yekunlaşıb. Ay ətrafında dövrə vuran ekipaj Yerə sağ-salamat qayıdaraq yeni kosmik mərhələnin başlanğıcını rəsmiləşdirib.
Məlumata görə, Yer atmosferinə daxil olmazdan əvvəl “Orion” kosmik gəmisinin kapsulu xidmət modulundan ayrılıb və plan üzrə eniş trayektoriyasına keçib. Sonrakı mərhələdə kapsul Sakit okeana uğurla eniş edib. Əməliyyatın bütün mərhələləri texniki nasazlıq olmadan, nəzərdə tutulan qaydada həyata keçirilib.
Qeyd edək ki, “Artemis II” son 50 ildən artıq müddətdə Aya göndərilən ilk pilotlu missiya kimi tarixə düşüb. Bu uçuş, insanlığın yenidən Ay proqramına dönüşünün mühüm mərhələsi hesab olunur.
Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr gələcəkdə planlaşdırılan Ay enişləri üçün ciddi təcrübə və texnoloji baza formalaşdırır. Növbəti mərhələdə isə artıq astronavtların Ay səthinə enişini nəzərdə tutan missiyaların həyata keçirilməsi planlaşdırılır.
XQ

