Əvvəlcə Qaregin Njdeyə, indi isə “Nemezis” əməliyyatı “qəhrəman”larına İrəvanda abidə qoyulması...

post-img

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan paytaxtında “Nemezis” terror əməliyyatının “qəhrəmanlarına” həsr olunmuş abidə ucaldılması ilə bağlı yaydığı bəyanat dünya ictimaiyyətinə növbəti çağırış kimi qiymətləndirilməlidir. Çünki ermənilər bundan əvvəl də faşizmə xidmət etmiş xəyanətkar Qaregin Njdeyə abidə qoymaqla bəşəri dəyərləri tanımadıqlarını sübut etmişdilər. Rusiya Müdafiə Nazirliyinin həmin satqın erməni hərbçinin xəyanətlərini sübut edən çoxsaylı faktları yaymasına baxmayaraq, qaniçən ermənilər cəllad Qaregini hələ də qəhrəmanlaşdırmaq istəyirlər. Elə “Nemezis” əməliyyatı “qəhrəmanları”na abidə ucaldılması da Njde əhvalatı kimi qaniçənliyə, terrora, təxribata, alçaqlığa, şərəfsizliyə abidə qoyulmasıdır. 

Əvvəlcə bu əməliyyatın tarixçəsi barədə bir neçə kəlmə. Xatırladaq ki, “Ne­mezis” əməliyyatı – “Daş­naksütyun” partiyasının türklərə və azərbaycanlılara qarşı keçirdiyi terror aksi­yasıdır. Aksiyanın məqsə­di “erməni soyqırımı”nı və Bakıda 1918-ci ildə “ermə­ni əhalisinin qətlini” təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Os­manlı imperiyasının, həm də Azərbaycan Demokra­tik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliy­yatın adı, qədim yunan in­tiqam ilahəsi Nemezidanın adından götürülmuşdür.

Bildirilir ki, əməliyya­tın keçirilməsi erməni “ic­timai-siyasi xadimi” Şaan Natalinin təşəbbüsü ilə – 1919-cu ilin oktyabrın­da, “Daşnaksütyun” parti­yasının İrəvanda keçirilən doqquzuncu qurultayında qərara alınmışdır. Qaniçən­lər, guya, soyqırıma aidiyya­tı olan insanların 650 nəfər­lik bir siyahısını hazırlayır, onların arasından 41 nəfəri isə “əsas günahkarları” elan edirlər. Əməliyyata rəhbər­lik üçün xususi orqan yara­dılır, bütün əməliyyat üçün o orqan məsul idi. Həmin orqanın rəhbəri Ermənista­nın ABŞ-dakı səfiri Armen Qaro idi. Göründüyü kimi, onların diplomatları da ter­rorçu və təxribatçı olublar. 

Məhz həmin “diplo­mat”ın rəhbərlik etdiyi vəhşi qaniçənlər 1920-ci il iyunun 19-da Tiflisdə Azərbaycan Demokratik Respublikası­nın sabiq Baş naziri Fətəli xan Xoyskini qətlə yetirir­lər, keçmiş Ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Bir ay sonra, yenə də Tiflisdə Azərbaycan parlamenti sədrinin sabiq müavini Həsən bəy Ağayev qətlə yetirilir. Sonrakı il mar­tın 15-də Berlində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt paşa öldürülür. Həmin il dekabrın 5-də Ro­mada, atla gəzinti zamanı Osmanlı imperiyasının keç­miş sədr-əzəmi Səid Hilmi paşa qətlə yetirilir. 1922-ci ildə Berlində, ailəvi gəzinti zamanı keçmiş Trabzon va­lisi Camal Əzim və “Təşki­lati məxsusə”nin yaradıcısı Bahəddin Şakir, həmçinin onun cangüdəni də öldürü­lür. 1921-ci il iyulun 19-da İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir qət­lə yetirilir. 1920-ci il mayın31-də Kürdəmirdə Azərbay­can Demokratik Respub­likasının Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilir.

Bundan başqa, 1920-ci ildə ermənilərin türklərlə əməkdaşlıqda günahlandır­dığı Mkrtıç Arutunyan, Vahe Yesayan, Hamayak Aram­yants və başqa ermənilər də məhz “Nemezis” təşkilatı tərəfindən öldürülür. 

Xarici İşlər Nazirliyinin Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidə ilə əlaqədar yaydığı bəyanatda deyilir ki, bu il aprelin 25-də İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiy­yətlə pisləyirik. Həmin qanlı hadisələrin və dəhşətli ter­ror aktların təşkilatçılarına abidə ucaldılmasına bilava­sitə Ermənistanın müvafiq dövlət qurumlarının icazə verməsi və layihənin təs­diq edilməsi bir daha sübut edir ki, terror Ermənistanın dövlət siyasətidir. Abidənin açılış mərasimində hakim partiyanın üzvü olan Ermə­nistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfin­dən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır.

Xatırladaq ki, Ermənis­tanda dövlət siyasəti səviy­yəsində maliyyələşdirilən və icra olunan terrorçuluq əməllərindən bütün dünya xəbərdardır. Hamı bilir ki, ASALA və digər erməni ter­ror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsin­də 235-dən çox terror aktı törədərək, 24 türk diploma­tını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusla­rın partladılması da daxil olmaqla, 30-a yaxın geniş­miqyaslı terrorçuluq aktları törədilib.

Azərbaycan tərəfi bu fikirdədir ki, terrorçuluğun Ermənistanda dövlət sə­viyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərə­findən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-a­manlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır. Bizim məqsə­dimiz odur ki, erməni terro­rizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seç­kiliyin bütün forma və təza­hürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə apa­rılmasına nail olaq. Azər­baycan diplomatlarının fik­rincə, rəsmi İrəvanın bu cür addımları, bu ölkənin Bakı və Ankara ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmi­miyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur. On­lar anlamalıdırlar ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərən­nüm edilməsindən deyil, həmin bəd əməllərin etiraf olunmasından keçir.

Sonda xatırladaq ki, Azərbaycan artıq mühari­bə səhifələrini geriyə çevir­mək, sülhə və birgəyaşayı­şa töhfələr vermək üçün öz iradəsini ortaya qoymuş­dur. Ermənistan isə üzdə sülh istədiyini desə də, bu məsələyə “sədaqətini” çox­saylı Azərbaycan və Türkiyə siyasətçilərini, hərbi və döv­lət xadimlərini qətlə yetirmiş qanlı cinayətkarlarına abidə ucaltmaqla nümayiş etdirir. 

Bu sətirləri dövlət baş­çımızın bir arqumenti ilə tamamlamaq istəyirəm: “Əl­bəttə, sülh müqaviləsi ola­caq və buna biz “dəmir yum­ruq” ilə nail olacağıq. Lakin heç vaxt nə 31 Mart soyqı­rımını, nə Xocalı soyqırımı­nı, nə də başımıza gətirilən digər müsibətləri unutmaya­cağıq!”

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət