Qatilə heykəl qoyan dövlət

post-img

Əslində, cinayətə haqq qazandırmaq, qatilə abidə ucaltmaq terrorizmi alqışlamaqdır. Bununla haylar qonşuluq münasibətlərinə xəyanət, başqa ölkələrin tarixinə hörmətsizlik etməkdən belə çəkinmirlər.

“İrəvanda 1920-ci illərin əvvəllərin­də Osmanlı siyasi və hərbi rəhbərlə­rinə, o zamankı Azərbaycan rəsmilə­rinə və hətta erməni əsilli bəzi Osmanlı vətəndaşlarına qarşı sui-qəsdləri törə­dənlərə həsr olunmuş “Nemezis abidə­si”nin açılmasını qətiyyətlə pisləyirik”. Aprelin 25-də Ermənistanın paytaxtın­da “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılışına öz etirazını bildirən Türkiyə Xarici İşlər Nazirliyinin İrəvana ünvanladığı bəyanatında o da qeyd olunur ki, Ankara ilə İrəvan ara­sında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda da­vamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək. Türkiyənin Azərbay­candakı səfiri Cahit Bağçı isə hayların növbəti vandallığı ilə bağlı “Twitter”də bir cümlə yazıb: “Tarixi həqiqətləri ax­taranlar arxivlərə baxmalıdırlar”.

* * *

Osmanlının sabiq Baş naziri, müd­rik dövlət xadimlərindən biri kimi tanı­nan Tələt paşanın qatilinə abidə ucalt­maq, əslində, Hayastan hökumətinin nasistlərlə eyni mövqedə durması, in­sanlıqla bir araya sığmayan cinayətə haqq qazandırması və terrorizmi alqışlamasıdır. Doğrudanmı, daşnak zehniyyətlilər anlamırlar ki, belə iyrənc addımlarla düşdükləri siyasi labirintdən çıxış yolunu tapa bilməyəcəklər? Nə deyək. Görünən odur ki, sağlam dü­şünmək qabiliyyətini itirmiş ermənidən nə desən gözləmək olar. 

Əgər müqayisə və paralellər apar­maq lazım gələrsə, İrəvanda qatilə heykəlin qoyulmasını erməni vandalla­rının Xocalıda törətdikləri soyqırımı ilə eyniləşdirmək mümkündür. Bəli, onlar öz övladlarında türklərə qarşı kin-kü­durət, nifrət aşılamaq üçün bu yolu seçiblər. Etiraf edək ki, onlar bu “tarixi missiyanı”, əslində, qismən də olsa hə­yata keçirməyi bacarıblar. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət