Sərhəd bütövlüyümüz – Qarabağ dirənişimizdə kulminasiya anı

post-img

Laçın–Xankəndi yolundakı şərti sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qurulması Qarabağ və Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi sahəsində, tamamilə, yeni situasiya formalaşdırıb desək, yanılmarıq. 

Məsələyə ölkəmizin prizmasından ya­naşsaq, bu bizim suveren haqqımızdır. Yəni, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı təmin edilməli idi və edildi də. Nəhayət, söhbət beynəlxalq miqyasda tanınmış Azərbaycan ərazisin­dən gedir. Bu ərazi otuz ilə yaxın müddət­də işğalda qalmışdı. 

44 günlük müharibəyə qədər işğal faktının vurğulanması ilə paralel olaraq, Ermənistanın avantürist ideyaları danı­şıqlar masası üzərində idisə, müharibə nəticəsində qazandığımız zəfər tam yeni şərait formalaşdırdı. Ermənistan isə mü­haribədən sonrakı hərəkət və davranışları ilə, əslində, illərlə sırıdığı, lakin savaş nəti­cəsində deformasiyaya uğramış planlarını ortaya qoyur. Təbii, haqsız yerə qazan­dığı üstünlüyü əldə saxlaya bilməyibsə, haqqın güc faktoruna müqavimət göstər­məsi mənasızdır. 

Əlbəttə, İrəvan, erməni diaspor və lobbi təşkilatları ritorikalarının mənasız­lığını anlamaqda çətinlik çəkirlər. Onlar müharibədən ötən iki il yarım ərzində, təx­minən, “bəlkə də qaytardılar” məntiqinə söykənərək davranıblar. Ancaq hər davra­nış müharibədən sonra əldə saxladıqları ərazilərin addım-addım itirilməsinə gətirib. İndi, necə deyərlər, kulminasiya anıdır – Azərbaycan Laçında, Həkəri çayı üzərin­də sərhəd-buraxılış məntəqəsi qurmaq­la, kulminasiya anına labüd dramatizm çalarları gətirdi. İki il ərzində Qarabağda separatçılıq üçün günbəgün daralmaqda olan çəmbər, artıq, yoxdur və bunu, sadə­cə, anlamaq lazımdır. Anlamırlar və möv­cud durumda hadisələrin növbəti axarını planlaşdırmaqda çətinlik çəkirlər. Nəinki çətinlik çəkirlər, ümumiyyətlə, təsəvvür­ləri yoxdur. Əlbəttə, bu yoxluğa qarşı da ayıq-sayıq dayanmaq şərtdir. 

Görünən budur ki, Ermənistan və dünya erməniləri çarəni xarici aləmi aya­ğa qaldırmaqda, tipik erməni məntiqinə əsaslanaraq, beynəlxalq ictimaiyyəti şantaja məruz qoymaqda görürlər. Ha­zırda, sanki, boğulmamaq üçün saman çöpündən yapışanları xatırladırlar. Hal­buki, zamanında Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarsaydılar, belə acınacaqlı aqibətlə üzləşməzdilər. Axı, dövlətimizin başçısı dəfələrlə bildirmişdi ki, Ermənistana, ha­belə, ermənipərəstlərə və Qarabağ sepa­ratçılarına heç kəs kömək etməyəcəkdir. Hadisələr də onu göstərməkdədir – real dəstəkləri yoxdur. 

***

Bəli, Ermənistan yaxşı anlayır ki, sər­həd buraxılış məntəqəsinin işə düşməsi əvvəlki status-kvonun aradan qalxması deməkdir. Bunu ölkədəki siyasilərlə yana­şı, Qarabağdakı separatçı tör-töküntülər də gözəl anlayırlar. Əslində, dramatizm də məhz bunun üzərindədir. Belə bir durum­da onların hansı addımı atacaqları maraq doğurmaqdadır. 

İlk addım ortadadır. Yaranmış vəziy­yətə görə Rusiyanı, konkret olaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, bölgədə yerləşdirilmiş sülhmə­ramlı rus hərbi kontingentini qınamaqdır. Təbii ki, burada Moskvanın erməni sev­gisinin sarı simlərinə toxunmalar da var, sülhməramlıların, ümumiyyətlə, çıxarıl­masını tələb edən aqressiv ritorikanın da şahidiyik. 

Ermənistan və ermənilik dünyadan da narazıdır. Hər iki qütb Azərbaycana qar­şı beynəlxalq miqyasda sərt tədbirlərin görülməsini tələb edir. Ancaq hansı əsas­da tədbirlər görülməlidir, bu barədə söz açan yoxdur. Üzərində dayanılan 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdır ki, ona qarşı da Azərbaycanın arqumenti var – İrəvan bəyanata əsasən üzərinə gö­türdüyü öhdəlikləri yerinə yetirməyibdir. Mövcud səbəbdən Bakını həmin sənəd müstəvisində ittiham olunması qəbul edil­mir. Burada ara-sıra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağ­lı çıxardığı qərara istinad da mənasızdır. Çünki qərara hər bir tərəf öz baxış buca­ğından yanaşır, onda hər hansı mütləqlik yoxdur, sənəd fərqli interpretasiyalar üçün açıqdır. Belədə Ermənistanın cavab təd­biri kimi aqressiv ritorikanın işə salma­sı, daha doğrusu, hərbi gücə əl atması məsələsi meydana çıxır. Bu, loru dildə desək, döyülən adamın yenidən döyül­məyə can atmasına, gücsüzlüyünü bilə-bilə inad nümayişinə oxşayır. 

Əlbəttə, Ermənistanın ictimai rəyi an­ti-Azərbaycan və anti-türk yönümlüdür. Ancaq bu rəyin təmsilçilərinin kimlərdən, hansı qüvvələrdən formalaşdığını da yada salaq. Ortada hazırkı baş nazir Nikol Paşinyana müxalif qüvvələr və ruspərəst media var. Onların yaratdıqları çıxılmaz vəziyyət və ancaq müharibə yolu görüntü­sü Ermənistan cəmiyyətinin gerçək niyyəti deyil. Söhbət ondan getmir ki, erməni cə­miyyəti müharibə istəmir, sadəcə qorxur. 44 günlük müharibə onu sarsıdıb. Amma sarsılmışların səsi, ənənəvi hay-küyçülə­rin yaratdıqları ucuz populizm səhnələri­nin yanında eşidilməz haldadır. Obrazlı desək, gözlər önündə uzaqdan durub hürən, lakin tutmağa cəsarəti çatmayan it canlanır. 

Mövcud durumda aqressiv ritorikanın Ermənistanın Qarabağ siyasətinə nə kimi fayda verə biləcəyini düşünək. Amma bun­dan əvvəl qeyd edək ki, son günlər Qara­bağdakı erməni əhali evlərini, kütləvi şə­kildə, satışa çıxarır. Ermənistana məxsus ev alqı-satqı portallarında yer alan elanla­rın sayı durmadan artmaqdadır. Bu yerdə onu da deyək ki, Azərbaycanın Qarabağ erməniləri üçün təhlükəsizlik çağırışları və həyat təminatı ilə bağlı səsləndirdiyi fikir­lər də əhəmiyyətini itirib. Çünki istər se­paratçı rejimin, istərsə də Ermənistan si­yasilərinin təbliğatı elə bir səviyyədədir ki, yerli əhali Bakının təşəbbüslərinə etimad göstərəcək durumdan uzaq düşüb. Etnik təmizləmə, soyqırımı kimi cəfəng iddialara inananlar az deyil. Digər tərəfdən, ənənə­vi erməni xisləti də öz işini görməkdədir. Axı, illər ərzində özləri barədə yüksək fi­kirlərdə olublar, özlərini məğlubedilməz sayıblar. Psixoloji baxımdan, indi bu mifin darmadağın olması reallığını həzm etmək çətindir. Vəziyyət, yəni psixoz anlaşılan­dır, ancaq bu, mahiyyətcə, Azərbaycanın problemi deyil. Nə də erməni cəmiyyətinin xəstəlikdən sağalacağını gözləyəcəyik.

Ancaq erməni siyasi istablişmenti üz­ləşdiyi situasiyadan Azərbaycana qarşı problem yaratmaq üçün istifadə edə bilər. Diqqət yetirək, separatçı Ruben Vardan­yan Qarabağda özünə məxsus giydirmə təşkilat formalaşdıraraq, müqavimət təşkil edəcəyini bildirir. Əslində separatçı rejimin “idarəçiliyində” təmsil olunanlar da, sanki, müharibə şəraitinə keçid alıblar kimi dav­ranır, bəyanatlar verir, pafoslu danışırlar. Nəticə etibarilə, Azərbaycanın suveren hüquqlarına qarşılıq, Qarabağ erməniləri kartı çıxarılır. Gah onların məzlum, gah da döyüşkən və barışmaz simaları canlandı­rılır. 

El dilində ifadə etsək, tutar qatıq, tut­maz ayran. Birincidə hansısa mistik qü­vvəyə inam var. Hesab edirlər ki, kimsə xaricdən kömək edib “Qarabağ xalqının” azadlıq mübarizəsinə dəstək göstərəcək. Ən təhlükəlisi isə ikincidir. Burada Qara­bağ ermənilərinin fiziki cəhətdən məhvi məsələsi aktualdır. 

Bir qədər də ətraflı desək, erməni si­yasi sistemi iki prinsip üzərində dayanır. Ya Qarabağ üçün müstəqillik, ya da er­mənilərsiz Qarabağ. Onu da nəzərə alaq ki, tipik erməni baxışına görə, Qarabağ vətəndir, yəni, Ermənistanın tərkib his­səsidir. 2019-cu ildə Paşinyan “Qarabağ Ermənistandır nöqtə” bəyanatını vermək­lə, məhz, həmin “düşüncəni” ortaya qoy­muşdu. Hazırda Qarabağ Ermənistan ol­maqdan çıxıbsa, demək ki, orada erməni əhalisinin mövcudluğuna da ehtiyac yox­dur. Bəs, Xankəndidəki, Ağdərədəki evlə­rini satıb getmək istəyənlər necə olacaq? Gedə biləcəklərmi? 

***

Bəli, erməni əhalinin fiziki cəhətdən məhvi “planı” gündəmə gələ bilər. Bu “plan” Ermənistana iki baxımdan vacibdir. Birincisi, Azərbaycana qarşı anti-patiya yaratmaq, ikincisi, elə həmin antipatiya­nın fonunda Qarabağ niskilini gələcəyə daşıyıb onu növbəti işğalçılıq planları üçün ideoloji motivə, qisas elementinə çevirmək. Yada salaq ki, ermənilər vaxtilə bu mənfur üsuldan Sumqayıtda da istifa­də etmiş, özləri şəhərin erməni əhalisinə qarşı zorakılıq və qətllər törətmiş və bunu azərbaycanlıların üstünə atmışdılar. İndi də xəstə xislətlərinə uyğun düşünə bilərlər ki, Qarabağ erməniləri erməni avantüriz­minə ən böyük faydanı ölümləri ilə vermə­lidirlər – necə deyərlər, ən yaxşı erməni, ölü ermənidir. 

Əlbəttə, əvvəldən bir plan da var idi ki, o da vaxtı uzadaraq, Qarabağdakı status-kvonun saxlanılmasını nəzərdə tu­turdu. Yəni, vaxt qazanmaq, güclənmək və itirilmişləri bərpa etmək. Azərbaycan buna yol verməyəcəyini göstərdi və əs­lində ölkəmizin nöqteyi-nəzərindən La­çın-Xankəndi yolundakı şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması boşluq buraxılmaması, görülməli işlərin kuliminasiya nöqtəsinə çatdırılması sayıla bilər. Təbii ki, Bakı üçün kulminasiyadan sonra razvyaska və final da önəmlidir və onların hər ikisində prinsipiallıq mütləqdir, hər hansı güzəşt yolverilməzdir. Hələlik, İrəvanın cəhdləri həmin kuliminasiya anı­nın şüurlarda möhkəmlənməsinin qarşısı­nı almağa hesablanıb. Fərrux əməliyyatı zamanı da, Azərbaycan Ordusunun ötən ilin sentyabrında qazandığı hərbi üstün­lüklər vaxtı da, o cümlədən, hərbçilərimiz tərəfindən Şuşanın bir neçə kəndi nə­zarətə götürülərkən də eyni addımı atmış­dılar. Ancaq bu gün artıq həmin cəhdlər geridə qalıb və həmin cəhdlərin səmərə­sizliyi tam şəkildə sübuta yetirilib. 

Sonda qeyd etdiklərimizin fonunda onu da vurğulayaq ki, Laçın–Xankəndi yolunda Azərbaycana məxsus sərhəd buraxılış məntəqəsinin qurulması ol­duqca prinsipial və qətiyyətli addımdır. Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin iradəsinin nəticəsidir. Ermənista­nın bu iradəyə qarşılıq nə diplomatik ba­carığı, nə resursu, nə də xaricdən dəstəyi var. Dövlətimizin başçısının da bildirdiyi kimi, sonda ölkəmizin diktə etdiyi şərtlərlə qəbullanacaqlar. Sülh masasına oturmaq məcburiyyətində qalacaqlar. Qarabağ müstəvisindəki hər hansı təxribatları da tam faydasızdır. Udduqları müəyyən za­mandır ki, onun da yekunda ziyanlarına işləyəcəyi birmənalıdır. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət