Ermənistan yenidən danışıqlara qayıdır

post-img

Azərbaycan sülh müqaviləsinə inanmasaydı, sülhün təşəbbüskarı olmazdı. Prezident İlham Əliyev keçmiş münaqişənin üzərindən keçərək 2021-cil ildə sülh müqaviləsinin imzalanmasının vacibliyini səsləndirmişdi. Sülh müqaviləsi üçün təkliflər də Azərbaycan tərəfindən edilmişdi. 

Bu sözləri Azərbaycanın xarici iş­lər naziri Ceyhun Bayramov Fransa­nın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfran­sında bildirib.

Ceyhun Bayramov deyib: “2022-ci ilin fevralında 5 məlum baza prinsipi hazırlandı, ötən ilin oktyabr ayında sülh müqaviləsinin ilk layihəsi Ermə­nistana təqdim edildi. ABŞ-ın təşəb­büsü nəticəsində Ermənistan yenidən danışıqlara qayıdır. Biz bu prosesi dəstəkləyirik”.

“Xalq qəzeti”

Siyasət