Fransanın mövqeyi sülh prosesinə töhfə vermir

post-img

Aprelin 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbu­at Xidməti İdarəsindən bildiriblər ki, nazirlər Ceyhun Bayramov və Ketrin Kolonna arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nü­mayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Fransa arasında mövcud əmək­daşlıq gündəliyində duran məsələlər, münasibətlərin hazırkı vəziyyəti, həmçinin regionda baş verən ha­disələr müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Azərbay­can və Fransa arasında diplomatik münasibətlərin qurulmasından ötən illərdə iki ölkənin iqtisadi, enerji təh­lükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, humanitar və s. sahələr üzrə birgə layihələr həyata keçirilməsi­ni xatırlayaraq, ölkələrimiz arasında səmərəli əməkdaşlıq təcrübəsinin davam etdirilməsi üçün imkanların mövcud olduğunu qeyd edib. Nazir Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin mövcud vəziyyətinin müzakirəsi, anlaşılmazlıqların aradan qaldırılması istiqamətində perspektiv­lərin və imkanların dəyərləndirilməsi üçün qarşılıqlı təmasların, siyasi di­aloqun əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Postmünaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azər­baycan tərəfindən Ermənistan ilə mü­nasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açıl­ması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumat­landıran nazir Ceyhun Bayramov Er­mənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, üçtərəfli Bəyana­tın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin da­vam etdirilməsi üçün sui-istifadə olun­duğunu bildirib. Nazir Ceyhun Bayra­mov mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edil­məsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Fransanın keçmiş münaqişənin həll olunması istiqamətində danışıqlar prosesində iştirakına istinad edən nazir Ceyhun Bayramov postmünaqişə dövründə Fransa tərəfindən sərgilənən mövqe­nin sülh prosesinə töhfə vermədiyini diqqətə çatdırıb.

Nazir Ketrin Kolonna Azərbaycan ilə Fransa arasında əlaqələrin, iki ölkənin liderləri arasında siyasi dia­loqun tarixindən bəhs edərək, hazırki dövrdə bir sıra məsələlər üzrə yanaş­malarımızın üst-üstə düşməməsinə baxmayaraq, münasibətlərin inkişafı istiqamətində sıx təmasların, siyasi məsləhətləşmələrin davam etdirilmə­sinin əhəmiyyət daşıdığını bildirib. Bölgədə sülh və etimad quruculuğu məsələlərinin öz həllini tapmasının uzun müddət tələb etməsinə baxma­yaraq, danışıqlar prosesinə sadiqliyin vacibliyini vurğulayan nazir Ketrin Ko­lonna bu xüsusda, regionda sülhün bərqərar olması səylərinə Fransanın da dəstək göstərməyə hazır olduğu­nu bildirib.

Daha sonra keçirilmiş mətbuat bri­finqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalist­lərin suallarını cavablandırıblar.

“Xalq qəzeti”

Siyasət