İrəvanda qələbələrini Azərbaycana həsr etmiş türk idmançılar Bakıda

post-img

İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun Bakıya gəliblər.

Heydər Əliyev Beynəlxalq Aero­portunda türk idmançıları Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbay­can Ağır Atletika Federasiyasının nü­mayəndələri, azarkeşlər və jurnalist­lər qarşılayıblar.

Bakıya dəvətə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edən Cansu Bek­taş deyib: “Azərbaycan xalqını çox sevirəm. İrəvanda qazandığım meda­lı Azərbaycana həsr etdim”.

Avropa çempionatında iki qızıl, bir bürünc medal qazanan Nuray Gün­gör isə bildirib ki, Ermənistanda bir millət, iki dövlət olduğumuzu göstərib. Bu, bir daha Azərbaycan və Türkiyə qardaşlığının parlaq nümayişi olub. 

Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Yusuf Fehmi Genç Avropa çempionatında hər iki ölkəni çox gözəl şəkildə təmsil etdiklərini vurğulayıb. 

Türkiyəli ağırlıqqaldıranların səfər zamanı paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutu­lub.

Qeyd edək ki, İrəvanda ağırlıqqal­dırma üzrə Avropa çempionatında mükafat qazanan və qələbələrini Azərbaycana həsr edən türk idman­çılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbay­cana dəvət olunublar.

Leyla QURBANOVA, “Xalq qəzeti”

Son xəbərlər