Prezident İlham Əliyevin Ankara mesajları – Qarabağ və Zəngəzur həqiqətləri

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışı ölkəmizin Qarabağ, ümumən, Azərbaycan-Ermənistan münasibətləri baxımından mövqeyinin açıqlanması ilə də yadda qaldı. Bu mövqeyin TDT kimi nüfuzlu platformadan səslənməsi adi məsələ sayıla bilməz. Elə buna görə də dövlətimizin başçısının nitqindəki bəzi məqamların üzərində dayanmağı vacib saydıq.

“Qafqazın Xirosiması”, 4 min azərbaycanlının ruhu və mina terroru

İlk növbədə bildirməliyik ki, Azərbaycan Prezidenti 30 il­lik işğalın başa çatmasından sonra qarşılaşdığımız duruma diqqət çəkməklə, əslində, erməni qəsbkarlığının doğurduğu zərərin mənəvi ölçülərini göstərmiş oldu. Nəzərə alaq ki, işğal dövrü Azərbaycanın timsalında, bütövlükdə, türk dün­yasına qarşı həyata keçirilmiş terrrorun müxtəlif qorxunc elementlərinə şahidlik edir. Məsələyə bu nöqteyi-nəzərdən baxış ona görə vacibdir ki, erməni millətçiliyinin hədəfində türk düşmənçiliyi motivi dayanır. Türk milli kimliyinə təcavüz dünya erməniliyinin “fəaliyyət” qayəsini təşkil edir.

Deməli, Azərbaycanın öz torpaqlarını təcavüzdən qurtarması fonunda Ermə­nistana və dünya erməniliyinə vurduğu sarsıdıcı zərbə, ümumiyyətlə, türk dün­yasına xidmətdir, onu gələcəkdə üzləşə biləcəyi bəlalardan sığortalamaqdır. Axı, ölkəmizin qarşılaşdığı işğalın miqyası son dərəcə böyükdür. Azərbaycan Pre­zidenti çıxışında bu böyüklüyün yaratdı­ğı faciəvi cəhətlərə kifayət qədər obrazlı şəkildə aydınlıq gətirdi. Söhbət “Qafqa­zın Xirosiması” obrazından gedir: “Əziz dostlar, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yer­lə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Xirosiması” adlan­dırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib”. 

İşğal dövründə təbii sərvətlərimizin talan edildiyini, ətraf mühitə ciddi ziyan vurulduğunu diqqətə çatdıran dövlətimi­zin başçısı, habelə, Birinci Qarabağ mü­haribəsi nəticəsində 4 minə yaxın vətən­daşımızın itkin düşdüyünü xatırladır. Ölkəmizin lideri həmin şəxslərin, demək olar ki, hamısının işgəncələrə məruz qa­laraq, qətlə yetirildiyini bildirərək, diqqəti işğaldan azad edilmiş bölgələrimizdə küt­ləvi məzarlıqların aşkara çıxarılmasına yönəldir və Ermənistanın hələ də azər­baycanlı itkinlərin taleyi barədə məlumat verməməsinə ictimai qınaq formalaşdırır. Heç şübhəsiz, Prezident İlham Əliyev, mövcud məqamdan söz açmaqla, ermə­ni millətçiliyinin yuxarıda qeyd etdiyimiz türk milli kimliyinə təcavüz məntiqini qa­bardır. Təsəvvür edin, dünya birliyi belə anti-humanist yanaşmaya zəruri hüquqi qiymət verməkdə acizlik göstərir ki, bu isə ümumilikdə bəşəriyyət üçün qorxunc presedentdir. 

Bəli, bəşəri cinayətləri törədənlər cə­zasız qalırsa, deməli, insanlıq təhlükə­dədir. Ona görə də TDT özünün gələcək fəaliyyət platformasında sivil dəyərləri təhdid meyillərinə qarşı mənəvi immuni­tet formalaşdırmalı və bu immunitetdən irəli gələn məqamları beynəlxalq ictima­iyyətə ardıcıl şəkildə çatdırmalıdır. Onu da nəzərə alaq ki, türk xalqları arasında milli kimliyinə, soykökünə təcavüz olunan yalnız azərbaycanlılar deyil... 

Prezidentin çıxışında diqqət yetirdiyi başlıca məqamlardan biri də Ermənista­nın işğalına görə Azərbaycanın dünya­da mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında yer almasıdır. Türk dünyasının aparıcı ölkəsinin belə bir problemlə üz­ləşməsi, əslində, qlobal kontekstdə qiy­mətləndirilməli hadisədir. Dövlətimizin başçısının da bildirdiyi kimi, İkinci Qara­bağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azər­baycanlı mina partlayışı nəticəsində hə­lak olmuş və ya ağır yaralanmışdır. Buna türk dünyası biganə qalmamalı, Ermənis­tanın dünya miqyasında ifşası istiqamə­tində səylərini gücləndirməlidir. Həm də ona görə gücləndirməlidir ki, Azərbayca­nın üzləşdiyi mina terroru TDT-nin müəy­yənləşdirdiyi inkişaf, tərəqqi hədəflərinin qarşısını kəsmək potensialını daşıyan kifayət qədər böyük mənfi təmayüldür. 

Ermənistan yola gəlmir və Prezidentin müttəfiqlik çağırışı

Bəli, Ermənistan düz yola gəlmək istəmir. Ölkə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, sülh danışıqlarını manipulyasi­ya predmetinə çevirir, Cənubi Qafqaz coğrafiyasında yeni reallıqlar yaratma­ğa cəhd göstərməklə, Azərbaycanın 44 günlük müharibə ilə formalaşdırdığı və bütövlükdə, Türk dünyası üçün müstəsna əhəmiyyət daşıyan status-kvoya, bir növ, meydan oxumaq yolunu tutur. 

Prezident İlham Əliyev əbəs yerə 2022-ci ilin Praqa və Soçi danışıqları­nı yada salmır. Ermənistan hakimiyyəti həmin görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımışdı. Buna baxmayaraq, hələ də ölkəmizin ərazisində Ermənistan qoşunları, qey­ri-qanuni erməni hərbi birləşmələri, ha­belə, müxtəlif kriminal ünsürlər qalmaq­dadır. Onların sayının 10 min olduğuna dair kifayət qədər səhih məlumatlar var. Nəzərə alsaq ki, qeyd edilmiş say az de­yil, deməli, İrəvan bölgədə yeni müharibə ab-havası yaratmaqdadır. Üstəlik, belə bir perspektivin gözlənildiyini söyləmək üçün digər məqamlar da var. 

Ermənistan hakimiyyətinin məqsədi Cənubi Qafqazı qlobal konfrontasiyalar meydanına çevirmək və yaranacaq qa­rışıqlıq mühitindən 44 günlük müharibə ilə itirdiyi mövqelərini bərpa etməyə cəhd göstərməkdədir. Buna görə cənab İlham Əliyev bildirir ki, “Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı ko­budcasına pozur və buna görə məsuliy­yət daşımalıdır”. Bunun vurğulanması isə ölkəmizin səbrinin hüdudsuz olmadığının yüksək və nüfuzlu tribunadan bəyan edil­məsidir.

TDT türk dünyasının nəhəng plat­formasıdır və orada səslənmiş, ifadə olunmuş hər bir fikrin reallıqla dərin fik­sasiyası mütləqdir. Mövcud platformadan Ermənistanın məsuliyyət daşımalı olduğu bəyan edilirsə, deməli, bu baş verəcəkdir və bunun baş verəcəyi təqdirdə TDT-yə daxil olan dövlətlər də özünün mənə­vi dəstəyini göstərməli, haqq işimizə öz töhfələrini verməlidirlər. Məsələn, Tür­kiyə kimi. Prezident İlham Əliyevin Tür­kiyə dövlətinin və xalqının 44 günlük mü­haribə zamanı Azərbaycana göstərdiyi mənəvi dəstəyi vurğulaması o demək idi ki, eyni qətiyyəti digər türk dövlətləri də nümayiş etdirməlidirlər. Əlbəttə, söhbət yalnız Azərbaycana dəstək göstərilmə­sindən getmir, ümumən, türk dövlətləri bir-birinin haqq işində fəal olmalı, müt­təfiq, tərəfdaş, əsl dost və qardaş kimi davranmalıdırlar. Ortada Azərbaycan və Türkiyənin timsalında bu davranışın mükəmməl modeli, gerçək nümunəsi var. Dövlətimizin başçısı da çıxışında həmin modeli və nümunəni xatırladı: 

“Cümhurbaşqanı Rəcəb Tayyib Ərdo­ğanın 2020-ci ildə İkinci Qarabağ müha­ribəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siya­si və mənəvi dəstək bizə əlavə güc verdi. 

Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbayca­nın yanında idi. Müharibə zamanı və ta­rixi Zəfərimizdən sonra Türkiyədən min­lərlə dəstək və təbrik mesajları gəlmişdir.

2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannamə­si imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırıl­mışdır”.

Erməni ədavəti, türk dünyasının coğrafi və mənəvi birliyi zərurəti

Azərbaycan Prezidenti Türk Döv­lətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında Ermənistanın həm də Zəngəzur dəhli­zinin açılması öhdəliyindən yayındığını bildirdi. Məlumdur ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda İrəvanın Azər­baycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yolun açılmasına dair öhdəliyi nəzərdə tutulurdu. 

Dövlətimizin başçısı isə yerli televizi­ya kanallarına müsahibəsində Zəngəzur dəhlizi terminini qlobal leksikona gətirdi­yini bildirmişdi. Bu, o demək idi ki, Azər­baycan Ermənistanın üçtərəfli Bəyanata əsasən açılmasını üzərinə götürdüyü yolu Zəngəzur dəhlizi adlandırır. Bu cür adlandırmada isə böyük anlam var. 

“Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdud­laşmır. Türk dünyası daha böyük coğ­rafiyanı əhatə edir”, – deyən Prezident İlham Əliyev tarixə ekskurs edərək Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycan­dan ayrılıb Ermənistana verilməsindən söz açır və bunu Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olan hadisə kimi səciyyələndirir. Üstəlik, 1991-ci ilə qədər bütün azərbaycanlıların indiki Er­mənistan ərazisindən zorla qovulması amilinə də nəzər salmalıyıq. 

Deməli, erməni millətçiliyinin əli ilə türk dünyasının bir-birindən ayrılmasına xidmət edən mənfur siyasət həyata keçi­rilib. Həm də elə buna görə dövlətimizin başçısı bəyan edir: “Ermənistan Qara­bağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məs­cidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNES­CO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edil­məsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə mü­raciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir”.

Türkün yurduna qayıdışı – Türk dünyası və Qərbi Azərbaycan məsələsi 

Bütün bunlara baxmayaraq, 44 gün­lük müharibədən sonra Cənubi Qafqaz­da yeni siyasi reallıqlar formalaşdırmağa müvəffəq olmuş Azərbaycan, sahibləndi­yi üstünlüyünü, bütövlükdə, türk dünyası kontekstinə daşımaqda, bu böyük mə­kanın coğrafi və mənəvi baxımdan bir­ləşməsində israrlıdır. Zəngəzur dəhlizini reallaşdırmaq istəyi bu əzmin siyasi və iqtisadi tərəfini təşkil edirsə, Qərbi Azər­baycana qayıdış onun son dərəcə böyük mənəvi doktrinasıdır. 

“Qərbi Azərbaycanda etnik təmiz­ləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birlə­şiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deporta­siya olunmuş azərbaycanlıların öz yurd­larına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razı­laşma əldə edilməlidir”, –deyən ölkə baş­çımız bildirir ki, Azərbaycan dövləti Qa­rabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir. 

Dövlətimizin başçısının çıxışında dünyada yaşayan azərbaycanlıların sa­yının 50 milyondan çox olduğunu bəyan etməsinin isə xüsusi mənəvi anlamı var. Çünki azərbaycanlıların həmrəyliyi, eyni zamanda, türk dünyasının birliyk və vəh­dət rəhnidir. Onu da yada salaq ki, həm­rəyliyimizin İran ərazisində yaşayan soy­daşlarımızın timsalında Cənub mövzusu da aktualdır. 

Türk dünyasının töhfəsi, birlik və həmrəylik nümayişi

Bəli, Türk dünyası Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad olunmasından sonra Azərbaycanın bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparmasına öz töhfəsini vermək­dədir. Ölkəmizin Prezidenti çıxışında bu məqama da kifayət qədər detallı şəkildə nəzər saldı. Dövlətimizin başçısı yeni­dənqurma prosesində Türkiyə şirkətlə­rinin bir çox infrastruktur layihələrində fəal iştirakını vurğulamaqla yanaşı, “əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla ge­dib” –dedi və qardaş Türkiyənin azər­baycanlıların öz doğma yurdlarına böyük qayıdışına misilsiz mənəvi və iqtisadi dəstəyindən söz açdı. 

İşğaldan azad edilmiş Füzuli rayo­nunda Özbəkistan tərəfindən tikilən mək­təbə və Qazaxıstanın inşasını gerçəkləş­dirdiyi yaradıcılıq mərkəzinə görə, hər iki ölkənin dövlət başçılarına minnətdarlığını ifadə edən cənab İlham Əliyev yeni yara­dılmış Azərbaycan–Özbəkistan İnvestisi­ya Fondu və Azərbaycan–Qırğız İnkişaf Fondunun da nəinki ölkəmizə, bütövlük­də, Türk dünyasına dəstək mahiyyəti da­şımaq potensialı barədə düşünmək üçün əsaslar yaratdığını vurğuladı. 

Ankara bəyan etdi...

Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları­nın Fövqəladə Zirvə görüşündəki çıxışı, ən əsası, belə bir görüşün təşkilinin bila­vasitə təşəbbüskarı olması onun parlaq düşüncəsinin, türk dünyasının birləşmə­sinə və möhkəmlənməsinə verdiyi misil­siz dəyərin böyük təcəssümüdür. 

Zirvə görüşündəki fövqəladəliyi Tür­kiyədə baş vermiş zəlzələ şərtləndirirdi. Böyük faciələrin sarsıntılar yaşatmaq təbiətilə ilə yanaşı, insanları, xalqları, toplumları birləşdirmək mahiyyəti də var. Azərbaycan Prezidentinin çıxışındakı motivlər, məhz, bu birliyin konseptual tərəflərinin mükəmməl bəyanı idi. Əminik ki, Ankara bəyannaməsi ilə rəsmiləşmiş bu bəyanetmə TDT-ni daha nüfuzlu qu­ruma, dünyanın Türk dünyası ilə gerçək anlamda hesablaşdığı platformaya çe­virəcəkdir.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət