№ 278 Bakı şəhəri 24 may 2024-cü il
“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1296 (Cild I) 1-ci hissəsində “11” rəqəmləri “12” rəqəmləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri