Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 277 Bakı şəhəri 24 may 2024-cü il

“Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxı­lan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil eks­pert sertifikatının forması və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Sığorta fəaliyyəti haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr ta­rixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Azərbaycan Respublikası­nın Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanların­da dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 2266 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

“Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxs­lərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatı­nın forması və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları