“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44 (Cild I); 2024, № 4, maddə 453, № 9, maddə 1085; 2025, № 8, maddə 806, № 11, maddə 1083, № 12 (II kitab), maddələr 1218, 1233) aşağıdakı məzmunda 1-3-cü hissə əlavə edilsin:
“1-3. Azərbaycan Respublikası Prezidentinin, Birinci xanımının və Birinci vitse-prezidentinin iştirakı ilə keçirilən ölkədaxili səfərlər zamanı protokol tədbirlərinin həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 15 ” “ may ” 2026-cı il
№ 148

