Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 281 Bakı şəhəri 24 may 2024-cü il

“Təhsil müəssisələrində, xəstəxa­nalarda və sosial sahənin digər icti­mai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında dəyişik­lik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 78) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respubli­kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar və əlilliyi olan şəxs­lər üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün in­ternat evlərində və Dayanıqlı və Ope­rativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkə­zi” Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşların qida normaları”nda cəd­vəldən sonrakı mətnin ikinci abzası aşa­ğıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Eksper­tiza və Reabilitasiya Agentliyinin Pro­tez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində və digər reabilitasiya müəs­sisələrində, Dayanıqlı və Operativ Sosi­al Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində (gün ərzində bir dəfə nahar zamanı yeməklə təmin olunma nəzərə alınmaqla) xidmətə gö­türülmüş şəxslərin qidalanması bu Əlavə ilə müəyyən edilmiş normalara uyğun (böyüklər üçün 3-cü sütun, uşaqlar üçün 6-cı sütun) təmin edilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları