Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 502 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Satınalma predmeti üzrə satınal­ma müqaviləsinin nümunəvi forma­sının təsdiq edilməsi və “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqavilə­sinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarının ləğv edilməsi barədə

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.15-ci yarımbəndi­nin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mallar üzrə satınalma müqavilə­sinin nümunəvi forması” təsdiq edilsin (əlavə olunur).

2. “Xidmətlər üzrə satınalma müqa­viləsinin nümunəvi forması” təsdiq edilsin (əlavə olunur). 

3. “İşlər üzrə satınalma müqaviləsinin nümunəvi forması” təsdiq edilsin (əlavə olunur).

4. “Mallar (işlər və xidmətlər) üzrə sa­tınalma müqaviləsinin nümunəsi”nin təs­diq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 149; 2019, № 4, maddə 746; 2021, № 5, maddə 520, № 10, maddə 1162) ləğv edilsin. 

5. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları