Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 503 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Şərtlər toplusunun nümunəvi for­ması”nın təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.10-cu ya­rımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşlərin açıq tender metodu ilə sa­tın alınması üçün şərtlər toplusunun nü­munəvi forması” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Malların açıq tender metodu ilə sa­tın alınması üçün şərtlər toplusunun nü­munəvi forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Xidmətlərin açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması” təsdiq edilsin (3 nöm­rəli əlavə).

4. “Satınalma predmetinin ikimərhələ­li tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması” təsdiq edilsin (4 nömrəli əlavə).

5. “İşlərin qapalı tender metodu ilə sa­tın alınması üçün şərtlər toplusunun nü­munəvi forması” təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Malların qapalı tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması” təsdiq edilsin (6 nöm­rəli əlavə).

7. “Xidmətlərin qapalı tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması” təsdiq edilsin (7 nöm­rəli əlavə).

8. “İşlərin kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması” təsdiq edilsin (8 nöm­rəli əlavə).

9. “Malların kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması” təsdiq edilsin (9 nöm­rəli əlavə).

10. “Xidmətlərin kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması” təsdiq edilsin (10 nömrəli əlavə).

11. “Satınalma predmetinin bir mən­bədən satın alınması üçün şərtlər toplu­sunun nümunəvi forması” təsdiq edilsin (11 nömrəli əlavə).

12. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları