Ermənistanın xalqımızın mədəni irsini məhv etməsi beynəlxalq cinayətdir

post-img

Ermənistanın Qərbi Azərbaycanda əsrlər boyu ata-baba torpaqlarında yaşamış soydaşlarımızın son nəsillərini soyqırımına və zorakı deportasiyaya məruz qoyması XX əsrin son dövrünün bəşəri cinayətlərindən biri kimi tarixə yazılıb. Bunun ardınca təcavüzkar dövlətin ölkəmizin 20 faiz ərazisini işğal edib yerli əhalini öz yurdunda məcburi köçkünə çevirməsi, şəhər və kəndlərimizi xarabazara döndərməsi isə tarixdə törədilmiş vandallıqların misilsiz nümunəsidir.

Hazırda urbisid, ekosid, mədəni irsi məhvetmə əməlləri transmilli ci­nayət hüququnun əsas mənbəyindən biri kimi tanınan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda, eləcə də milli cinayət qanunvericili­yimizdə qismən müharibə cinayətlə­rinin (CM-nin 116-cı maddəsi üzrə) tərkibləri kimi əksini tapıb. Ermə­nistanın Qərbi Azərbaycanda və ölkəmizə qarşı 35 il davam etdirdiyi cinayətlər dinc əhalinin məhv edil­məsi, soyqırımı, deportasiya, etnik təmizləmə və s. beynəlxalq cinayət­lərin törədilməsi ilə yanaşı, mədəni irsi məhvetmə kimi vandallığın baş verməsinə də səbəb olub. 

Ermənistanın xalqımızın öz yur­dunda yaşamaq hüququna təcavüzu bir milyona yaxın mülki əhalinin hə­yat, sağlamlıq, öz doğma evlərində yaşamaq və s. haqlarına qəsd edərək mədəni sərvətlərin məhv edilməsinə və talanmasına da səbəb olmuşdur. Ümumiyyətlə, azərbaycanlılar son 2 əsrdə ermənilər və onların hava­darları tərəfindən deportasiyaya, soyqırımına məruz qalıb, nəticədə, indiki Ermənistan adlanan ərazidəki öz ata-baba yurdlarından didərgin düşüblər. XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905–1906, 1918–1920, 1948–1953, 1988–1991-ci illərdə ta­rixi-etnik torpaqlarından deportasiya olunublar. Bu zaman soydaşlarımız soyqırımına, işgəncələrə, qırğınlara məruz qalıblar, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və ya­şayış məskəni məhv edilib. 

Tarixçilərimizin araşdırmaları­na görə, Qərbi Azərbaycanda vax­tilə azərbaycanlıların yaşadıqları 499 kənd zorla boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycan­lılara məxsus 702 toponim ermə­niləşdirilib. Təkcə Qərbi Zəngə­zurda azərbaycanlılar 70-dən artıq kənddə yığcam şəkildə yaşayırdılar. Göyçə gölü hövzəsində də azərbay­canlılar əksəriyyət təşkil edirdilər. Qərbi Azərbaycanda soydaşlarımı­zın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb.Vaxtilə Ermənistanın 170 kəndində ancaq azərbaycanlılar məskunlaşmışdılar. 90-a yaxın kənddə isə onlar çoxluq təşkil edirdilər. Qərbi azərbaycanlı­lar, ümumilikdə, 300-dən çox şəhər və kənddə yaşayırdılar. 1988-ci ildə onların hamısı Ermənistandan zorla qovuldular. Çox sayda dinc insan öldürüldü, işgəncələrə məruz qaldı. Son deportasiyaya isə 1991-ci ilin avqustunda Nüvədi kəndinin sakin­ləri məruz qaldılar. 

Qərbi Azərbaycandan çıxarılma­ğımız və Qarabağın işğalı ümummil­li faciəmizə çevrildi. Bütün bunlar barəsində xarici aləm məlumatlı olsa da, dünyaya hökm edən siyasi-dini mərkəzlərinin işarəsi ilə beynəlxalq qurumlar özlərinin yaratdıqları qay­daların açıq-aşkar tapdalanmasına göz yumdu. Ermənilərin mədəni ir­sin kimliyinin itirilməsi məqsədilə azərbaycanlılara məxsus tarixi sər­vətləri məhv etməsi və ya erməniləş­dirməsi Qərbi Azərbaycanda hələ XX əsrin əvvələrindən başlayıb və Qarabağın, eləcə də ətraf rayonların işğalı dövründə vəhşicəsinə davam etdirilib.

Millətçi və təcavüzkar Ermənis­tanın xalqımızın mədəni irsini məhv etməsi və ətraf mühitə sağalmaz ya­ralar vurması Cenevrə konvensiya­larının 1977-ci il I Əlavə protokolu ilə qadağan edilən “yandırılmış tor­paq” müharibə taktikasından istifadə etməsi, ilk növbədə, onu göstərir ki, zəbt edilən həmin ərazilər heç vaxt onlara məxsus olmayıb. Qərbi Azər­baycanda, Qarabağ və ətraf rayon­ların işğal altında olan ərazilərində xalqımıza məxsus qədim mədəni irsin vəhşi bir ardıcılıqla illər boyu məhv etməsi kimi bəşəriyyət əley­hinə cinayətlər bugünədək cəzasını almayıb.

Qarabağ bölgəsi və ətraf rayon­ların işğalı nəticəsində Azərbaycanın 23 muzeyinin 86 min 307 eksponatı, 4 şəkil qalereyasının 371 rəsm əsəri, 927 kitabxananın 4,6 milyon nüsxə kitabı, 13 arxivin 260 min sənədi, 5 min 300 memarlıq və arxeologiya abidəsi, 50 min tarixi əhəmiyyətli şəxsi kolleksiya sərvəti Ermənistan tərəfindən talanıb və ya məhv edilib. Onlarca kurqanın, qədim insan məs­kənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələri­nin və digər arxeoloji abidələrin ta­mamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zər­bə vurub. İlkin hesablamalara görə, bu zərərin ümumi məbləği 177 mil­yard ABŞ dolları təşkil edir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən açılmış cinayət işinin materiallarında qeyd olunur ki, “Xocalı, Ağdam, Füzuli ərazisindəki kurqanlar və digər tarixi mədəniyyət abidələri, eləcə də arxe­oloji qazıntılar zamanı aşkarlanmış ümumdünya əhəmiyyətli 100 min­dən artıq qiymətli və nadir eksponat məhv edilib və talanıb. Beynəlxalq təşkilatlar arasında ilkin olaraq Er­mənistanın Azərbaycana qarşı təca­vüzünü tanıyan İslam Əməkdaşlıq Təşkilatı işğal olunmuş torpaqları­mızda dini və mədəniyyət abidələri­nin məhv edilməsi haqqında bir neçə qətnamə qəbul edib.

BMT-nin “Mədəniyyət sərvət­lərinin qanunsuz olaraq gətirilmə­sinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınması­na yönəldilmiş tədbirlər haqqında” 14 noyabr 1970-ci il tarixli Kon­vensiyasına əsasən, hər bir dövlə­tin arxeologiya, qədim dövr, tarix, ədəbiyyat, incəsənət və elm üçün əhəmiyyətli hesab etdiyi dini və ya dünyəvi dəyərli irs mədəni sərvətlə­ri sayılır (maddə 1). Bundan əlavə, bu konvensiyada qeyd edilir ki, hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyət kəsb edən memarlıq an­samblları (dini abidələr), incəsənət əsərləri, bədii, tarixi və ya arxeoloji əhəmiyyətli əlyazmalar, kitablar və digər əşyalar, həmçinin elmi kollek­siyalar, kitab və arxiv materialları, onların saxlandığı və ya sərgiləndiyi muzeylər, kitabxanalar və s. binalar mədəni sərvətlər sayılır.

Bundan başqa, mədəni sərvətlə­rin beynəlxalq-hüquqi müdafiəsi ilə bağlı “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair” 1954-cü il tarixli Konvensi­ya, UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunmasına dair” 1972 il tarixli Konvensiya, “Arxe­oloji irsin qorunmasına dair” 1992-ci il tarixli Avropa Konvensiyası, UNESCO-nun “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz şəkildə başqa­sına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il tarixli Konvensiya və s. beynəlxalq aktlarla tənzimlənir.

Azərbaycan tarixinin istər keç­miş, istərsə də son 30 illik reallığı sü­but edir ki, mədəni irsin məhv edil­məsi yalnız silahlı münaqişə zamanı yox, sülh zamanı da məqsədli şəkildə törədildiyi üçün bu əməl beynəlxalq cinayətlərin müstəqil bir növü olaraq “mədəni irsi məhv etmə” kimi krimi­nallaşdırılmalıdır. Hər halda, bizim Ermənistan tərəfindən məqsədli şə­kildə geniş miqyasda mədəni sərvət­lərimizin məhv edilməsi, talanması və saxtakarlıqla “özününküləşdiril­məsi” danılmazdır və real faktlarla sübut olunur.

Bizim təklif etdiyimiz “mədə­ni irsi məhvetmə” anlayışı “mədəni soyqırımı” terminindən daha dəqiq və genişdir. Bu ifadə nəinki Qara­bağ və ətraf rayonların işğal olunan ərazilərində məhv edilən, talanan və erməniləşdirilən mədəni sərvətləri, eləcə də Qərbi Azərbaycanda – tarixi türk torpaqlarında yaradılan indiki Ermənistanda məhv edilən mədəni sərvətləri də əhatə edir. Bu xüsusda nəzərə almaq lazımdır ki, Ermənis­tan və onların havadarları yüz ildən artıq “erməni soyqırımı” təşviqatına son vaxtlar fəal şəkildə “kultorisid” yalanını da əlavə edərək bütün dün­yaya əsassız haray salırlar. 

II Qarabağ müharibəsində Azər­baycanın parlaq qələbəsini həzm edə bilməyən Avropa Parlament Assambleyası 10 mart 2022-ci il tarixdə qərəzli, həqiqətin tam əksini ifadə edən “qətnamə” qəbul edib. Bu qərəzli sənəd ikili standartların parlaq nümünəsi olaraq Ermənistan tərəfindən Qərbi Azərbaycanda, Qa­rabağda və ətraf rayonlarda “yandı­rılmış torpaq” taktikasından istifadə edərək yerli əhali olan azərbaycan­lıların yaşayış məntəqələrinin, tarixi abidələrinin və islam dini məbədlə­rinin, qəbiristanlıqların və s. mad­di-mədəni, təbii sərvətlərin məhv edilməsini görməzliyə vurub. Onlar anti-Azərbaycan və antimüsəlman isteriyası ilə 44 günlük II Qarabağ müharibəsində, guya, “məhv edilən erməni mədəni irs”inə yalandan göz yaşı tökürlər.

30 illik işğal dövründə zəngin və qədim tarixi olan Azərbaycan xalqı­nın mədəni irsinin məhv edilməsi təkzibedilməz faktlarla dönə-dönə sübuta yetirilib. Beynəlxalq təşki­latların və xarici ölkələrin nümayən­dələri işğaldan azad olunan ərazilər­də bu bəşəri cinayətləri şəxsən seyr ediblər. Bütün bunlar IV Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorun­ması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının, Avropa Şurasının “Arxeoloji irsin müha­fizəsi haqqında” 1992-ci il tarixli Konvensiyasının, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” 1972-ci il ta­rixli Konvensiyasının müddəalarının pozulması kimi qiymətləndirilməli və bu cinayətlərin təşkilatçıları və ic­raçıları beynəlxalq hüquqi və mülki məsuliyyətə cəlb edilməlidirlər.

Ermənistanın işğalçılıq siyasə­ti, insan həyatına qarşı qəddarlığı, vandalizmi Qərbi Azərbaycanın mi­li-mədəni sərvətlərinin, tarixi abi­dələrinin tamamilə məhv edilməsinə və ya özününküləşdirilməsinə səbəb olub. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu çoxsaylı tarixi sənədlər, xəritələr, bu icmanın yad­daşı və mövcudluğu qəti təsdiqləyir.. 

Bütün bunlar bir daha göstərir ki, Qərbi azərbaycanlıların hüquqları Cənubi qafqazda yaranmış reallıqlar müstəvisində bərpa olunmalı və on­lar öz doğma torpaqlarına qayıtma­lıdırlar. Prezident İlham Əliyev bu məsələni qarşıya ümummilli vəzifə olaraq qoyub. Dövlətimizin başçısı soydaşlarımızın ata-baba yurdlarına qayıtmasını dinc, sülh yolu ilə həl­linə çalışır. 

Şəhla SƏMƏDOVA,
BDU-nun kafedra müdiri, professor, Qərbi Azərbaycan İcması hüquq şöbəsinin üzvü



Siyasət