Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 501 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Ehtimal olunan qiymətin hesab­lanması Qaydası”nın təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.8-ci yarımbəndi­nin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ehtimal olunan qiymətin hesab­lanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Malların (işlərin və xidmətlərin) eh­timal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 18 mart tarixli 106 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, mad­də 540) ləğv edilsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları