Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 500 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Satınalma planının formasının, habelə satınalma planında, uyğunlu­ğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilmə­si barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün təs­nifat kodlarının və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında 

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.7-ci yarımbəndi­nin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Satınalma planının forması” təsdiq edilsin (əlavə olunur).

2. “Satınalma planında, uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplu­sunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün təsnifat kodları və onlardan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları