Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 499 Bakı şəhəri, 30 dekabr 2023-cü il

“Satınalma metoduna uyğun ola­raq satınalmanın nəticələri haqqında yekun protokolun Forması”nın təs­diq edilməsi və “Tenderin nəticələri haqqında tender komissiyasının ye­kun protokolunun nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.14-cü ya­rımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun forması” təsdiq edilsin (əlavə olunur).

2. “Tenderin nəticələri haqqında ten­der komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2002-ci il 2 avqust tarixli 124 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 535; 2016, № 4, maddə 831; 2019, № 4, maddə 746; 2021, № 10, maddə 1162; 2023, № 8 (II kitab), maddə 1265) 1-ci hissəsi ləğv edilsin. 

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları