“Vikipediya”da özbək dilində Şuşa bölmələri

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında özbək dilində bölmələr yaradılıb.

“Vikipediya”da Şuşa şəhərindəki ta­rixi abidələr, məscidlər, digər memarlıq nümunələri, tanınmış şuşalıların ev mu­zeyləri haqqında yeni bölmələr istifadəyə verilib. Bölmələrdə “Qarabağ Xan sara­yı”, “Qaraböyük xanım sarayı”, “Hacı Qu­luların mülkü”, “Mehmandarovların evi”, “Zöhrabbəyovun evi” adlı məqalələr yer alıb.

“Qarabağ xan sarayı” və “Qaraböyük xanın sarayı” bölmələrində qeyd olunub ki, Şuşa qalası ərazisində bir neçə sara­yın olması haqqında məlumat verilsə də, onlardan yalnız ikisi Pənahəli xan sarayı və Qaraböyük xanım sarayı dövrümüzə qədər gəlib çatıb. Məqalənin “Tarix” alt bölməsində qeyd olunur ki, orta əsrlərə aid feodal dövrünün demək olar ki, bü­tün şəhərləri şəhər daxilində, qorunan yüksəkliklərdə tikilmiş istehkam qalaları­nın olması ilə xarakterizə edilib. Bu qa­lalarda hökmdara xidmət etmək və onun təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulmuş saray kompleksi, istehkamlar və digər tikililər yerləşib. Şuşa qalasın­da qala memarlığının özünəməxsusluğu səyyahların və şəhər qonaqlarının diqqə­tini cəlb edib, mənbələrdə bununla bağlı onlarla məlumatın yer alması ayrıca qeyd olunub.

“Hacı Quluların mülkü” adlı məqalə­də 1849-cu ildə tikilən tarixi-memarlıq binasından bəhs olunur. Qeyd olunur ki, Hacı Qulu Sarayı kimi tanınan mülk öz memarlıq üslubu və milli koloriti ilə seçilir.

“Mehmandarovların evi”, “Zöhrab­bəyovun evi” məqalələrində XVIII əsr Azərbaycan memarlığının ən maraqlı və gözəl nümunələrindən biri olan və Şu­şada yerləşən saray tipli tarixi yaşayış kompleksləri haqqında məlumat verilir. Qeyd olunur ki, bu binaların interyerləri Şəki Xan Sarayının divar rəsmlərini xa­tırladır. 

Məqalələrdə vurğulanır ki, bu abi­dələrin əksəriyyəti Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı nəti­cəsində dağıdılıb, bəzilərindən isə yalnız divarlar qalıb.

Diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə Azər­baycan Ordusu işğal olunan torpaqları azad edib və hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə abadlaşma işləri aparılır, Heydər Əliyev Fondu bu abidələ­rin bərpasını həyata keçirir. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri 

Daşkənd

Mədəniyyət