Parlament müzakirələri – yeniliklər

post-img

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. O qeyd edib ki, parlamentin yaz sessiyası sona çatsa da, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 83 deputat növbədənkənar sessiyanın çağırılması üçün Milli Məclisin sədrinə müraciət edib. Bununla bağlı S.Qafarova sərəncam imzalayıb və iyun ayında parlamentin növbədənkənar sessiyası olacaq.

Dərmanlar ucuzlaşacaq

Milli Məclisin Səhiyyə komitəsi­nin sədr müavini Rəşad Mahmudov “Dərman vasitələri haqqında” Qanu­na edilən dəyişiklik barədə məlumat verərkən dedi ki, bu sənəd dərmanların qiymətinin optimallaşdırılmasına im­kan verəcək: “Ölkəmizə dərman idxalı edən təşkilatların dərman preparatla­rının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lisenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilmə­sinə xidmət edən bu dəyişiklik bir müd­dət sonra həm qiymətə, həm də keyfiy­yətə müsbət təsir göstərəcək. Bu gün dövlətin siyasəti də ölkədə dərmanların keyfiyyətinin nəzarətdə saxlanılması ilə yanaşı, həm də qiymətlərin optimallaş­dırılmasıdır. Bu, Prezident tərəfindən həyata keçirilən dövlət səhiyyə siyasə­tinin tərkib hissəsidir”.

“Yaşı tamam olan gün yola salırlar” 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parla­mentdə çıxışı zamanı deyib : “Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsin­dən maliyyələşən təşkilatlarda işləyən­lərin son yaş həddi 65 müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uza­dılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər. Son zamanlar xüsusilə təhsil, sə­hiyyə və mədəniyyət müəssisələrində yaş məhdudiyyətinin tətbiqi kəskin və kütləvi xarakter alıb. Bu insanlarla uzun illər peşəsinin mütəxəssisi, guya, heç bir bilik və bacarığa malik olmayan kimi davranaraq, onları elə doğum günündə­cə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara tək­lif olunmur. Bu isə təhsil, səhiyyə və mə­dəniyyət işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır. Bizə edilən müracətlərin sayı və xarakteri müvafiq yumşalmanın vacibliyini diktə edir.

M.Quliyev təklif edib ki, Əmək Mə­cəlləsində dəyişiklik olunsun və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 -dən 70 yaşa qaldırılsın: “Yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarıığı , sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kə­narda qoymaq doğru deyildir. Bu vətən­daşın konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır”.

İki yeni sosial müavinət növü təsis edilir

Parlamentdə “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklər mahiyyət etibarı ilə himayədar ailə ins­titutunun yaradılması ilə əlaqədar Ailə Məcəlləsinə edilən dəyişikliklərə uyğun­laşma xarakteri daşıyır.

Edilən düzəlişlərə əsasən, himayə­dar ailəyə verilmiş uşaqların tərbiyəsi və onlara mövsümi geyimlərin alınması məqsədi ilə 2 yeni sosial müavinət növü təsis edilir. Onlardan biri uşağın tər­biyəsi ilə bağlı xidmətlərin qarşılanma­sı üçün nəzərdə tutulmuş aylıq , digəri isə mövsümi geyimlərin alınması üçün birdəfəlik müavinətlərdir. Digər dəyişik­liklərdə həmin müavinətlərin verilməsi qaydaları, şərtləri, müddətləri və dayan­dırılması ilə bağlı hüquqi əsaslar ehtiva olunur.

 

Hazırladı:

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Son xəbərlər