Avqustun 6-da “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin əməkdaşları üçün “Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının əməkdaşı Mahmud Rzalı “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib. Ardınca Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli “Bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” barədə geniş məlumat verib.
Təlimdə ümumilikdə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin 21 əməkdaşı iştirak edib. Praktiki yönümlü təlimdə real iş nümunələri əsasında vəziyyətlər təhlil olunub, iştirakçılarla aktiv fikir mübadiləsi aparılıb.
Təlimin məqsədi əmək fəaliyyətində iştirak edən şəxslərin sağlam və təhlükəsiz iş şəraiti ilə bağlı məlumatlılığını artırmaq, istehsalatda potensial qəza risklərinin düzgün qiymətləndirilməsi və bu risklərin aradan qaldırılması yolları üzrə bilik və bacarıqları təkmilləşdirməkdən ibartdir.
Səbuhi HƏSƏNOV