İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən XQ-yə verilən məlumata görə, indiyədək ölkə ərazisində 107 min 755 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2025-ci ilin yanvar – iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 190 milyon 580,2 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.