Nazir Rəşad Nəbiyev Qazaxıstan Prezidentinin müşaviri və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri ilə görüşüb

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşüb. 

Nazirliyin mətbuat xidmətindən XQ-yə bildirilib ki, görüşdə avtomobil nəqliyyatı ilə yükdaşımalar, aviadaşımalar, gəmiqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Həmçinin Orta Dəhlizin inkişafı, limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

 

Sosial həyat