Diaspor gəncləri Qarabağ Universitetində

post-img

Xankəndidə keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Qarabağ Universitetində olublar.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev universitetin fəaliyyəti və məqsədləri barədə məlumat verib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, Qarabağ Universiteti yalnız regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan, çağdaş texnologiyalarla təchiz olunan, müasir təhsil modeli üzərində qurulan bir ali məktəb kimi formalaşır.

Diaspor gəncləri universitetlə və onun kollektivi ilə yaxından tanış olublar. Universitetin beynəlxalq əlaqələri, orada aparılan araşdırmalar, regionun inkişafına verə biləcəyi töhfələr, tədris dili, proqram müxtəlifliyi, qəbul imkanları və başqa mövzularda onları maraqlandıran suallar ünvanlayıblar.

XQ

Son xəbərlər