“Huawei” tələbələrimizi Çinə aparır

post-img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Huawei” korporasiyasının keçirdiyi “Gələcəyin toxumları” proqramının qalibi olmuş azərbaycanlı tələbələrlə” görüş təşkil edilib.

Nazir müavini Samir Məmmədov yay düşərgəsində iştirak edəcək tələbələri dünyanın İKT nəhənglərindən olan “Huawei”nin keçirdiyi müsabiqənin qalibi olduqlarına görə təbtik edib, onlara mənalı istirahət arzulayıb, ölkəmizə şirkətin fəaliyyəti ilə bağlı gərəkli biliklərlə qayıtmağı tövsiyə edib.

Mərasimdə Azərbaycanda rəqəmsal sahənin modernləşdirilməsi ilə bağlı bir sıra təşəbbüslərin həyata keçirildiyi, ölkəmizin qlobal süni intellekt ekosistemindəki mövqeyini gücləndirmək üçün strategiya qəbul edildiyi, istedad və bacarıqların təkmilləşdirilməsi üçün Süni İntellekt Akademiyası yaradılacağı bildirilib. Görüşdə Azərbaycanda “Huawei” şirkəti ilə birgə Təlim Mərkəzinin yaradılması da təklif olunub.

“Huawei”nin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin qeyd edib ki, azərbaycanlı gənclərin Çində İKT kurslarında iştirakı sənaye innovasiyalarını anlamağa və sahibkarlıq ruhunu formalaşdırmağa kömək edəcək. Onlar düşərgədə olduqları günlərdə “Huawei”nin Baş ofisi, Tədqiqat və İnkişaf Mərkəzində də olacaq, rəqəmsal biliklərini artırmaq imkanı qazanacaqlar.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər