Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar – iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait ödənilib. Hesabat dövründə adı çəkilən qurum tərəfindən dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işlər davam etdiriliib, 22 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 463 nəqliyyat vasitəsi satılıb.
Bu müddətdə yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi də diqqətdə saxlanılıb. İlin ilk yarımilində “Bakı Ayaqqabı Fabriki” ASC-nin investisiya müsabiqəsi vasitəsilə satılmış səhmlərinin alıcısı tərəfindən müqavilə öhdəliklərinin icrası yekunlaşdırılıb.
Bununla yanaşı, “Tibb Texnikasının Təmiri Zavodu”, “Bakı Nef-Qaz Mədən Avadanlıqları Zavodu” və “Gəncə-Qənnadı” ASC-lərdə, eləcə də “Sumqayıt Tekstil”, “Gəncə Xalça Kombinatı”, “Bakı Alüminium Profil” və “Bakı Mərmər Qranit” MMC-lərdə investorlar tərəfindən görülən işlərin monitorinqi aparılıb və investorlarla mövcud vəziyyət müzakirə edilib.
Bu ilin yanvar – iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 79,5 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizə yaxın artım qeydə alınıb.