Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 5 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verib. Bununla da “Startap”çıların sayı 220-yə çatıb.
KOBİA-nın məlumatında daha sonra qeyd edilir ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə baxılıb. Şuranın qərarına əsasən, “Steamland Factory”, “Mənzil Park”, Nooshcard”, “Adscreen” və “Onrepetitor” şirkətlərinin müvafiq layihələrinə “Startap” şəhadətnamələri verilib. Bununla da adları çəkilən qurumların şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə edilən gəlirlərin mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad olunması qərara alınıb.