BDU-da “Açıq qapı” günləri

post-img

Bakı Dövlət Universitetində “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Açıq qapı” günləri davam edir. Universitetdən mətbuata bildirilib ki, iyulun 28-dən başlayan “Açıq qapı” günlərində BDU-ya gələn abituriyentlər və onların valideynləri üçün universitet ərazisində tanıtım turları təşkil olunur.

İştirakçılar universitetin tədris korpusları, kitabxanaları, elmi-tədqiqat və tədris laboratoriyaları, ərazidə yeni yaradılan müxtəlif məkanlarla tanış olurlar.

Bununla bərabər, iştirakçılar üçün müxtəlif ixtisas sahələri üzrə universitet əməkdaşları, professor-müəllim heyəti tərəfindən məlumatlandırıcı sessiyalar keçirilir, ixtisas seçimi ilə bağlı suallar cavablandırılır. Həmçinin universitetin təqdim etdiyi təqaüd imkanları, beynəlxalq proqramlar, könüllülük fəaliyyətləri və tələbə həyatı barədə məlumat verilir.

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri avqustun 8-dək davam edəcək.

XQ

Sosial həyat