Hərbi prokuror hərbi qulluqçularla görüşüb

post-img

Baş prokurorun müavini – hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı, general-polkovnik Hikmət Mirzəyevlə birlikdə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüb. 

Müxtəlif hərbi hissələrdə birgə keçirilən görüşlərdən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmkarlığı ilə əldə olunan uğurlardan bəhs ediblər. 

Daha sonra hərbi qulluqçuların qarşısında hüquqi maarifləndirici məzmunda çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. 

XQ

 

Son xəbərlər