“Qarabağ”ın tarixi zəfəri Türkiyə mətbuatının gündəmində: Yuxu kimi sonluq

post-img

“Qarabağ”ın UEFA Avropa Liqasında Portuqaliya “Braqa”sını mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanması Türkiyə mətbuatının da diqqət mərkəzinə düşüb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə mediası Azərbaycan çempionunun tarixi zəfərinə geniş yer ayırıb.

Onların arasından ən maraqlı sərlövhələri təqdim edirik:

“Beinsports”: “Qarabağ”dan inanılmaz geridönüş”.

“Ajansspor”: “Nağıl kimi: “Qarabağ” UEFA Avropa Liqasında “Braqa”nı mübarizədən kənarlaşdırdı”.

“Sözcü”: “Qarabağ” Avropa Liqasında tarix yazdı”.

“Milliyet”: “Qarabağ” “Braqa” maneəsini əlavə vaxtda aşdı”.

“Haber Global”: “Qarabağ” “Braqa”nı devirərək UEFA Avropa Liqasında tarix yazdı”.

“Akşam”: “Qarabağ”dan tarixi nailiyyət”.

“Mynet”: “Qarabağ” tarix yazdı! Avropa Liqasında möcüzəvi nəticə”.

“NTV Spor”: “Yuxu kimi sonluq: “Qarabağ” “Braqa”nı əlavə vaxtda keçdi”.

Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.

İdman