“Ermənistanın baş naziri Nikol Paşinyanın France24 telekanalına verdiyi müsahibənin əsas məqamlarını oxudum. Təəssüf ki, bu adam hələ də primitiv ideyalara sadiq qalır”.
Bu barədə politoloq Suren Surenyants "Facebook" səhifəsində yazıb.
“Paşinyan hesab edir ki, Rusiyanı münaqişəyə nə qədər sürükləməyə çalışsa, Qərbdən bir o qədər çox dəstək alacaq. Lakin Paşinyanın bu avantürası 1920-ci ildə olduğu kimi Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər.
Paşinyanın dili ilə desək, baş nazir mümkün olan hər şeyi edir ki, yolumuzda təkcə “iki öküz” deyil, “ayı” da görünsün. Bütövlükdə, deyəsən, Paşinyanın ürəyi 1920-ci ildə Aleksandropolda baş verən hadisələri təkrarlamaq istəyir. Uduzan siyasəti ilə bağlı xatirələrini hansı Qərb paytaxtında yazacağını ancaq təxmin etmək olar”, - politoloq yazır.
S.ELAY
XQ