Xanoğlan Kərimov ikinci döyüşdə də qələbə qazanıb

post-img

Kristal Zalda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov Bakıda növbəti qələbəsini qazabıb.

Qeyd edək ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz bu gün  1/64 final mərhələsi çərçivəsində keçirilən ilk döyüşündə  Portuqaliya idmançısı Alfredo Martinsi, 1/32 finalda isə  Səudiyyə Ərəbistanı təmsilçisi Zakariya Mohammad Qalini mübarizədən kənarlaşdırıb.

Onu da əlavə edək ki, həmyerlimiz 1/16 finalda danimarkalı Tobias Hittellə qarşılaşacaq.

Elçin ABBBASOV,
"Xalq qəzeti"

İdman