Aktyorlar diplomla təltif olunublar

post-img

Mayın 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi Gənc Tamaşaçılar Teatrında Azərbaycan şairi, mütəffəkir və filosof Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri əsasında səhnəyə qoyulan eyniadlı əsərin yaradıcı heyətini yüksək peşəkarlıq göstərdiklərinə görə diplomla təltif ediliblər.

Komitə sədri Əsədov Sübut tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımovu və yaradıcı heyətini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzu edib.

Göstərdikləri diqqətə görə teatrın bədii truppa rəhbəri Ələsgər Muradxanlı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra aktyorlarla xatirə şəkili çəkdirilib.

 

















Mədəniyyət