Kosmonavt Konstantin Borisov Rusiya Qəhrəmanı adına layiq görülüb

post-img

Rusiya prezidenti Vladimir Putin kosmonavt Konstantin Borisovu Rusiya Qəhrəmanı adına layiq görüb. Bununla bağlı müvafiq fərman sentyabrın 9-da hüquqi aktların rəsmi portalında dərc edilib. Məlumatı “İzvestiya.ru” verib. 

Fərmanda deyilir: “Beynəlxalq Kosmik Stansiya ekipajının tərkibində uzunmüddətli kosmik uçuş zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə “Y.A.Qaqarin adına Kosmonavtların Hazırlanması üzrə Tədqiqat-Sınaq Mərkəzi” müəssisəsinin kosmonavtlar korpusunun sınaq kosmonavtı Konstantin Sergeyeviç Borisov Rusiya Federasiyasının Qəhrəmanı adı ilə təltif edilsin”.

Bundan əlavə, dövlət başçısı Borisovu “Rusiya Federasiyasının pilot-kosmonavtı” fəxri adı ilə də təltif edib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya