İran Hörmüz boğazından gəlir əldə etməyə başlayıb

post-img

İran hakimiyyəti ilk dəfə olaraq Hörmüz boğazından keçən gəmilərdən toplanan rüsumlardan gəlir əldə edib. Bu barədə parlamentin sədr müavini Hacı Babai bildirib.

Bu barədə TASS məlumat yayıb.

Fars xəbər agentliyi onun sözlərini sitat gətirərək bildirib: “Hörmüz boğazındakı rüsumlardan əldə edilən ilk gəlir mərkəzi bankın hesabına köçürülüb”.

İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıldığını elan etmişdi. Vaşinqton son razılaşma əldə olunana qədər İslam Respublikasına qarşı dəniz blokadasını davam etdirəcəyi barədə xəbərdarlıq etmişdi. Daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) elan edib ki, ABŞ dəniz blokadası tamamilə aradan qaldırana qədər boğazı bağlı saxlayacaq. İİKK gəmi sahiblərini İranın tövsiyələrinə ciddi şəkildə əməl etməyə çağırıb. 

P.ƏMİRCANOV
XQ

Dünya