Regional enerji təhlükəsizliyində Türkiyənin strateji rolu güclənir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Enerji sektorunda regional inteqrasiya və təchizat təhlükəsizliyinin qlobal miqyasda əhəmiyyət qazandığı bir dövrdə Türkiyə kritik mövqeyi sayəsində mühüm bir əlaqə nöqtəsi kimi önə çıxır. Ölkə planlaşdırılan infrastruktur investisiyaları, dinamik bazar fəaliyyəti və sektorda effektiv bazar tənzimləmə institutu ilə regional enerji təhlükəsizliyinə töhfə verən bir quruluşa çevrilir.

Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) prezidenti Andrijana Nelkova-Çuçuk verdiyi açıqlamada Türkiyənin enerji resursları ilə istehlak bazarları arasında körpü rolunu oynadığını və ölkənin regional enerji təhlükəsizliyində ciddi rola malik  olduğunu bildirib.

Nelkova-Çuçuk Türkiyənin strateji rolu ilə bağlı deyib: “Türkiyə bölgəmizin daha geniş enerji xəritəsində görkəmli bir mövqe tutur. Bir çox vacib təchizat sahələri və tələbat mərkəzlərinin kəsişməsində yerləşməsi ona enerji resursları ilə onlardan asılı olan bazarlar arasında təbii birləşdirici rol verir”.

Nelkova-Çuçuk ölkələrin ötürmə sistemi operatorları arasında koordinasiyanın və tənzimləyicilər arasında ən yaxşı təcrübələrin paylaşılmasının beynəlxalq enerji sistemini təkmilləşdirəcəyini bildirərək əlavə edib: “Həm qaz, həm də elektrik bazarlarında tənzimləyicilərin əsas məqsədi bazar iştirakçıları arasında etimadı artırmaqdır. Şəffaf qaydalar və sabit tənzimləyici qərarlar sərhədlərarası bazar qarşılıqlı əlaqəsini asanlaşdıracaq”.

M.MİRZƏ
XQ

Dünya