Çinlə əməkdaşlıq müzakirəsi

post-img

Azərbaycan və Çin arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib. Bildirib ki, Çin Xalq Respublikasının Dövlət İnternet İnformasiya Ofisinin naziri Cuan Junven ilə görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə edilib.

“İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışdıq", - paylaşımda qeyd edilib.

XQ

İqtisadiyyat