Evdən küllü miqdarda pul oğurlayan saxlanılıb

post-img

Yasamal rayonu ərazisində evlərin birindən oğurluq olub.  Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi 74.000 manat pulunun və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın müəyyən olunaraq saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindəki marketlərin birindən 900 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən B.Xanlarov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər