5 Azərbaycan vətəndaşı da Suriyadan geri gətirilib

post-img

Aprelin 21-də Suriyanın münaqişə bölgəsindən 2 qadın və 3 uşaq olmaqla, ümumilikdə, 5 nəfər Azərbaycan vətəndaşının Türkiyədən ölkəmizə repatriasiyası həyata keçirilib.

İlk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı baş konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

XQ

Son xəbərlər