“Riyakarın iflası”

post-img

Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru, “Şöhrət” və “Şərəf” ordenli Çingiz Abdullayevin rus dilindən tərcümə edilmiş “Riyakarın iflası” kitabı Azərbaycan oxucularına təqdim olunub.

İdeya-məzmun xüsusiyyətləri maraq doğuran əsərdə insan xarakterinin mürəkkəb psixoloji tərəfləri, riyakarlıq və mənəvi seçim kimi mövzular bədii süjet xətti vasitəsilə qələmə alınıb. Detektiv yazıçının məşhur Dronqo xəfiyyəsini oxucu bu kitabda fərqli rakusdan görəcək.

İspaniyanın Çiklana kurortundakı dəbdəbəli oteldə bir-birinin ardınca qətllər və əntiq cavahiratın qarəti baş verir. Cəmiyyətin elit təbəqəsinin nümayəndələrinin istirahət etdiyi, zəngin həyatdan zövq aldıqları məkanda güclü mühafizəyə rəğmən, belə cinayətlərin törədilməsi görünməmiş hadisədir.

Qeyd edək ki, “Riyakarın iflası” əsərinin Azərbaycan dilində nəşri müəllifin yaradıcılığının yerli oxuculara daha yaxından təqdim olunmasına xidmət edir.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət