Berlində qitə Kuboku

post-img

Almaniyanın paytaxtı Berlində aprelin 25-26-da təşkil olunacaq yeniyetmələr arasında Avropa Kuboku turnirində ümumilikdə 36 ölkədən 774 idmançı (472 oğlan, 302 qız) mübarizə aparacaq.

Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJF) təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 39 cüdoçu (20 oğlan, 19 qız) ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət yığmaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət komandaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Yarışın ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin üzvləri, B kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman