Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin təşəbbüsü ilə Ukraynaya humanitar yardım göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsveçrə qvardiyası əsgərlərinin Romada yüklədiyi yardımlar Ukraynada münaqişədən ən çox zərərçəkən bölgə olan Xarkova çatıb. Humanitar yardım uzun müddət saxlanılan ərzaq və qida, uşaqlar üçün qida məhsulları və şəxsi gigiyena, paltar, dərman və digər əsas tələbat mallarından ibarətdir.
Qeyd edək ki, müharibə başlayandan bəri Roma Papası adından Ukraynada münaqişədən zərərçəkmiş əhali üçün davamlı olaraq yardımlar göndərilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan