Astanada II “NOMAD AWARDS” beynəlxalq müsabiqə-festivalının qala-konserti keçirilir. Musiqi yarışmasında MDB ölkələri və digər dövlətlərin yaradıcı qrupları iştirak edir.
Konsert proqramında dünya xalqlarının özəlliyini, adət-ənənələrini və mədəni irsini əks etdirən canlı xoreoqrafik əsərlər təqdim olunur. Xalq rəqslərindən ibarət qala-konsert rəqs mədəniyyətinin zənginliyini və müxtəlifliyini nümayiş etdirir.
Bu təqdimat gənc ifaçılar arasında mədəni qarşılıqlı əlaqəni, yaradıcı mübadiləni və dostluğu ifadə edir.
Festivalın qaliblərini 5 ölkənin nümayəndələrindən ibarət beynəlxalq münsiflər heyəti müəyyən edir. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoreoqrafı, Əməkdar artist Ceyhun Qubadov münsiflər heyətində Azərbaycanı təmsil edir.
XQ

