Moskvada Türkiyə uşaq günü şənliyi

post-img

Moskvadakı Beynəlxalq Musiqi Evində Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibətilə bu ölkənin Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə şənlik keçirilib.

Konsertdə müxtəlif ölkələrdən olan gənc yaradıcı qruplarla yanaşı, Azərbaycan səfirliyinin dəstəyi ilə “Dostluq–Drujba” muxtar qeyri-kommersiya təşkilatının ansamblının üzvləri də iştirak ediblər. Almaz Zairovanın rəhbərlik etdiyi ansamblın uşaq xoru Şəms Teymurovanın müşayiəti ilə bəstəkar Tofiq Quliyevin “Kəndimiz” mahnısını ifa edib. Səxavət Namazəliyev və Dinarə Məmmədovanın rəhbərlik etdiyi rəqs qrupu isə Polad Bülbüloğlunun eyniadlı mahnısı əsasında hazırlanan “Mənim Azərbaycanım” rəqs nömrəsini təqdim edib.

XQ

Mədəniyyət