İran ABŞ hərbi gəmilərinə dronlarla hücum edib

post-img

ABŞ İranın “Tuska” yük gəmisinə atəş açmasından sonra İran bir sıra ABŞ hərbi gəmilərinə dron hücumları həyata keçirib. Bu barədə “Tasnim” xəbər agentliyi xəbər verib.

Qeyd olunur ki, ABŞ İranın “Tuska” gəmisinə atəş açaraq müdaxilə etdikdən sonra İran Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə bir neçə Amerika hərbi gəmisinə hücum edərək cavab verib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Amerika dəniz qüvvələrinin dəniz blokadasını pozmağa çalışan İran yük gəmisinə atəş açdığını bildirmişdi.

Onun sözlərinə görə, “İran heyəti tabe olmaqdan imtina etdiyinə görə, hərbi gəmimiz onları dayandırmaq üçün mühərrik otağında deşik açıb. Gəmi hazırda ABŞ dəniz piyadalarının nəzarəti altındadır”.

P.ƏMİRCANOV
XQ

 

Dünya