“Azerconnect Group”un baş direktoru Emil Məsimov və texnologiya nəhəngi “NVIDIA”nın baş vitse-prezidenti Cef Fişer ABŞ-da tərəfdaşlıq müqaviləsi imzalayıblar.
Əməkdaşlığın ilkin mərhələsində “Azerconnect Group” “GeForce NOW” xidmətini təqdim edəcək.
ABŞ səfəri zamanı “Azerconnect Group” rəhbərliyi “NVIDIA”nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouzun rəhbərlik etdiyi komanda ilə görüşlər keçirib. Əməkdaşlığın növbəti mərhələsi üçün süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.
Emil Məsimov bildirib: “NVIDIA” ilə rəsmi tərəfdaşlıq qlobal texnologiya liderləri ilə əməkdaşlığımızın yeni strateji mərhələsinin başlanğıcıdır. “Azerconnect Group” olaraq rəqəmsal xidmətlər portfelinin daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”. “NVIDIA” ilə tərəfdaşlıq “Azerconnect Group”un texnoloji imkanlarını daha da genişləndirərək süni intellekt əsaslı innovativ həllərin tətbiqini sürətləndirəcək.
XQ

