BƏƏ-nin Dövlət Təhlükəsizliyi Xidməti ölkədə milli birliyin və sabitliyinin pozulmasına yönəlmiş fəaliyyətdə təqsirləndirilən İranla əlaqəli terror təşkilatının ifşa edildiyini açıqlayıb.
XQ xəbər verir ki, bu barədə "WAM" agentliyi məlumat yayıb.
Məlumata görə, terror aktları və təxribatlar planlaşdıran 27 nəfərin adları və fotoları dərc edilib.
Bildirilib ki, və onların hamısı həbs olunub.
Qeyd edilib ki, təşkilat üzvləri daxili təhlükəsizliyi təhdid edən ekstremist terror ideologiyalarına xidmət ediblər, həmçinin öz ətraflarına tərəfdarlar cəlb etməyə çalışıblar.

