Bu il noyabrın 5-də dünyanın super dövləti sayılan ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Hazırkı seçkilər ölkə tarixinin ən gərgin, taleyüklü seçkilərindən hesab olunur. Amma səsvermə gününə 3 ay 1 gün qalmasına baxmayaraq, elektoratın aşkar favoriti yoxdur. Bu səbəbdən indidən kimin qalib gələcəyini proqnozlaşdırmaq çox çətindir.
Reallıq budur ki, hazırda dünya siyasətində bir çalxalanma var və proseslərin sonrakı gedişatı üçün gələn il yanvarın 20də Ağ evdə prezidentlik kürsüsündə kimin əyləşəcəyindən çox şey asılıdır. Bu gün planetimizdə yeni dünya düzəni formalaşır. Bu, göründüyü kimi çox ağırılı prosesdir. Yer kürəsinin çox yerində irili-xırdalı münaqişələr, “proksi” müharibələr baş verir.
Dünyanın təkqütblü və çoxqütblü olacağını zaman göstərəcək. Dava yorğan davasıdır. ABŞ əvvəlki hegemonluğunu qoruyub saxlamağa cəhd edir. “Səmavi dövlət”, yəni Çin dünyanın idarə olunması prosesində özünə daha çox pay umur. “Qlobal cənub” siyasi səhnədə aparıcı rollardan birini oynamağa iddialıdır. Hələlik, ümumi qaydaları müəyyənləşdirmək mümkün olmur.
Dünya gücləri öz aralarında dil tapa biləcəklərmi? Bu sual indi heç də ritorik məna daşımır. Əks halda hazırkı qlobal xaos və özbaşınalıqlar daha da dərinləşəcək. Yaxın və uzaq qonşuları nüvə silahı ilə hədələyən dövlətlər var. Bütün bunlar, təbii ki, bəşəriyyəti ciddi narahat edir.
Şübhə yoxdur ki, Amerikadakı noyabrda keçiriləcək seçkilərin nəticələri yeni dünya düzəninə ciddi təsir göstərəcək. Bir çoxları ümid edir ki, Birləşmiş Ştatların yeni hökuməti heç olmasa bundan sonra dost və rəqib ölkələrə münasibətdə daha ədalətli mövqe sərgiləyə bilər və bunu zatən etməlidir. Onların fikrincə, rəsmi Vaşinqtonun dünyanı taleyi üçün xüsusi missiyası var. Yeri gəlmişkən, bu yanaşmanın bir blef olduğunu düşünənlər də az deyil. ABŞ siyasətçilərinin başı isə seçkilərə qarışıb. Okeanın o tayında prezidentliyə namizədlər başa düşürlər ki, ölkənin ən ali postuna yiyələnmək üçün gərək ortaya gərgin səylər qoyasan, özünə rəqibindən daha çox sayda tərəfdaş toplaya biləsən. Məhz bu məramla respublikaçı namizəd Donald Tramp və demokratların ehtimal edilən namizədi Kamala Harris təşviqat görüşlərinə davam edirlər. Təbii ki, tərə ər təbliğat və təşviqat prosesində rəqibini zəi ətməyə çalışırlar.
Tramp Harrisə qarşı daha sərt leksokonla çıxış edir. Onu başa düşmək olar. İyulun 21-də Baydenin seçkilərdən geri çəkilməsi, hazırkı vitse-prezidentin namizədliyini irəli sürməsi Trampı və onun komandasını kifayət qədər çətin vəziyyətə salıb. Əgər o, bundan qabaq rəqibinin yaşlı və taqətsiz olduğuna tez-tez eyhamlar vurudusa, indi situasiya tamamilə dəyişib. Axı, 59 yaşlı Harris özündən 19 yaş böyük olan Trampdan daha enerjili təsir bağışlayır.
Tramp dünən Pensilvaniya ştatında seçicilərinə görüşü zamanı Harrisin saxtakar olduğunu deyib: “Radikal solçu Demokratlar Partiyasının rəhbərləri yalnız özləri üçün mübarizə aparacaq marionet namizəd təyin ediblər. Kamala sıfır səs qazanıb. O, çıxışları əvvəlcədən yazılan və bizim hökuməti dağıdaraq milyardlarla dollar qazanan donor və güc sahibləri tərəfindən idarə olunur.” Bəllidir ki, Harrisin anası hindistanlı, atası yamaykalıdır. Tramp hesab edir ki, prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl hazırkı vitse-prezident qara irqdən olduğunu dilə gətirmirdi. İndi isə, əksinə, özünü qara dərili seçicilərin dostu və istəmədiyini deyib: “Yaxşı, Donald. Ümid edirəm ki, sən mənimlə debat səhnəsinə çıxacaqsan. Çünki, məşhur sözdə deyildiyi kimi – sözün varsa, üzümə de.” Xatırladaq ki, Trampla Bayden arasında bir dəfə teledebat olmuşdur. O zaman Ağ evin hazırkı sahibi söz “duel”ində rəqibinə uduzmuş kimi təsir bağışlamışdı. Keçmiş prokuror olan Harris teledebatda rəqibini üstələcəyinə əmindir. Vitse-prezidentin intellekti və bilik səviyyəsi daha yüksək qiymətləndirilir. Demokratların qurultayı avqustun 19-da Çikaqoda başlayacaq və 3 gün davam edəcək. Böyük ehtimalla Harris parhimayədarı kimi təqdim edir: “O həmişə Hindistan mədəniyyətindən olduğunu nümayiş etdirir, onu təbliğ edirdi. Mən son illərə qədər onun qara olduğunu bilmirdim. O, birdən qara oldu və qara olaraq tanınmaq istədi. Ona görə də bilmirəm, hindistanlıdır, ya qaradır ”
Həqiqətən, Harris uzun müddət özünü həm qara, həm də Cənubi Asiya amerikalısı kimi təqdim edib. Böyük ehtimalla qara dərili vətəndaşlar onu dəstəkləyəcəklər. Düzdür, seçkilərin finişinə hələ xeyli var. Fakt budur ki, Harris çox qısa müddət ərzində Trampla Bayden arasındakı seçki rəğbəti “kəsiri”ni azalda bilib və bir çox hallarda irəli çıxıb. Üstəlik, demokratlar xeyli maliyyə vəsaiti də toplaya biliblər.
Harrisin seçkilərə qatılması seçkiqabağı kampaniyaya bir dinamizm gətirib. Ölkə əhalisinin də seçkilərə marağı artıb. Vitse-prezident seçicilərlə görüşü zamanı bu faktı xüsusi vurğulayır: “Seçki yarışında ətalət dəyişir və Trampın bunu hiss etdiyinə işarələr var. Siz də yəqin fikir vermisiniz”.
Bu günlərdə ABŞ-də çox sayda rəy sorğuları təşkil edilir. Məsələn, “Bloomberg Ne s” və “Morning Consult” nəşrlərinin sorğuları rəqiblərin şanslarının bərabər olduğunu göstərir. Görünən budur ki, ölkədə siyasi ehtiraslar kəskin qızışır.
Bəli, seçkiqabağı kampaniyada rəqabət qızışır və rəqiblər bir-birinin bostanına daha çox “daş atmağa” cəhd edirlər. Harris çərşənbə günü Corciyadakı seçki yürüşündə Trampın onun barəsində deyəcək “çox sözü”nün olduğunu”, amma debata getmək tiyanın vahid namizədi elan ediləcək. Gözlənilir ki, yaxın günlərdə Harris özünə vitse-prezident olacaq şəxsin adını elan edəcək.
Trampın vitse-prezident seçimi uğursuz hesab olunur. Belə ki, Ohayo ştatından olan senator Ceyms Devid Vens bir çox ümummili məsələlərdə Trampın özündən daha qatı millətçi, mühafizəkar siyasətçi təsiri bağışlayır. Bu, elektoratın bir hissəsinin itirilməsinə səbəb ola bilər.
Yeri gəlmişkən, yazı dərcə hazırlanarkən məlum oldu ki, Tramp rəqib partiyanın namizədi Harrislə debat keçirmək üçün “Fox Ne s” telakanalı ilə razılaşıb. “Mən “Fox Ne s” ilə sentyabrın 4-də Kamala Harrislə debat üçün razılaşdım”, -deyə Tramp bildirib. Görüşün Pensilvaniya ştatında baş tutacağı məlum olsa da, hələlik dəqiq saat müəyyənləşdirilməyib.
Qeyd etmək lazımdır ki, “Fox Ne s” telekanalı ötən seçkilərdə də Trampı dəstəkləmişdi. Bütövlükdə isə, Trampın ABŞ mediası ilə münasibətləri kifayət qədər gərgindir. Hətta ehtimal olunur ki, Tramp prezident seçildiyi kampaniya zamanı mediadan dəstəkdən çox zərbə alıb. Amma milyarder sosial şəbəkələrin imkanlarından istifadə etməyi bacarıb.
Bu dəfə tale kimi üzünə güləcək, Trampın, yoxsa Harrisin Amerikada ən təcrübəli seçki texnoloqları belə bunu birmənalı şəkildə bəyan etməyə cəsarət etmirlər. Yaxşısı budur, biz də gözləyək.
Məsaim ABDULLAYEV
XQ